Məmməd İbrahim
3 İl yarımlıq fasilədən sonra yenidən sizlərlə birlikdəyəm və bunun üçün sizlərə borcluyam. Həbs olunduğum gündən azad olunduğum günə qədər, hər gün, hər dəqiqə sizlərin, xaqlımızın dəstəyini hiss edirdim.
Bu müddət ərzində öz kariyeralarını təhlükəyə ataraq mənim hüquqlarımı müdafiə edən vəkillərimə-Yalçın İmanov, Fariz Namazlı, Cavad Cavadov və Əsabəli Mustafayev və dövlət tərəfindən təyin olunmuş vəkil Nazim Musayevə, bundan başqa N!DA Vətəndaş Hərəkatına, Müsavat partiyasına, vətəndaş cəmiyyəti nümayəndələrinə – Xədicə İsmayıla, İntiqam Əliyevə, Anar Məmmədliyə, Oktay Gülalıyevə, Qənimət Zahidova və adını çəkə bilmədiyim, mənim və bütün siyasi məhbusların azadlığı, haqqları üçün bir cümle status yazanlara, o statuslara like qoyanlara belə minnətlərimi sunuram.
Başda AXCP rəhbərliyi, ailəsi olmaqla, bütün xalqımıza minnətdaram. Bizim siyasi görüşlərimizə görə, haqlı davamıza görə, Azərbaycan sevdamıza görə cəzalandırdıqlarını düşünənlərə ən gözəl cavabı sizlər verdiniz.
19 Yanvar mitinqində xalqın gücünün nələrə qadir olduğunu gördülər, göstərdiniz. İndi isə mən də sizinlə bərabər, qaldığımız yerdən, çiyin- çiyinə mübarizəyə davam edəcəyəm.
Agil Ali Məhərrəmin balalarının timsalında bütün balalarımızın gələcəyi üçün, Asif Yusiflin, Saleh Rüstəmlinin timsalından bütün qazilərimizin haqqları üçün, İlkin Rüstəmzadənin, Bayram Məmmədovun, Qiyas İbrahimovun, Elgiz Qəhramanlının, Fuad Əhmədlinin timsalında bütün gənclərimizin istiqbalı üçün, Gözəl Bayramlının timsalında bütün qadınlarımızın azad yaşaması üçün, Tale Bağırzadənin, Abbas Hüseynovun, Hacı Mövsümün timsalında bütün inanclı insanlarımızın dini istədikərimi kimi yaşaması üçün, Seymur Həzinin, Əfqan Muxtarlının timsalında azad mətbuat üçün və bütövlükdə rahat, firəvan, demokratik Azərbaycan üçün yorulmadan, dayanmadan, hədəflərimizə çatana qədər mübarizəyə davam! 23 Fevral Meydanda Görüşək!”.