AXCP Təşkilat Şöbəsinin müdüri Saqif Qurbanov 15 sutka müddətinə inzibati həbsə məhkum edilib. S.Qurbanlı barəsində fevralın 25-də Səbail rayon məhkəməsi qərar çıxarıb.
S.Qurbanlı fevralın 24-də Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət edilib. Qurbanov polisin çağırışı ilə 8-ci Polis Bölməsinə gedib. Onu oradan Səbail Polis İdarəsinə aparıblar. Fevralın 25-də isə məhkəmə önünə çıxarıblar.
S.Qurbanlı bu il yanvarın 20-də də 20 sutka müddətinə həbs ediçişdi.
S.Qurbanlıdan başqa AXCP-nin bir neçə nəfər mitinq təşkilatçısı olan üzvü də inzibati qaydada həbs edilib. Partiyadan bildirilir ki, mitinq təşkilatçısı olan fəalların əksəriyyəti təqib altındadır, hər an həbs oluna bilərlər.
Bu həbs və tqəiblərin 2 mart mitinqinə hazırlığın pozulması üçün edildiyi şübhə doğurmur.
azadliq.info