Bakı Apellyasiya məhkəməsində inzibati qaydada həbs olunan AXCP üzvlərininin şikayətlərinə baxılaraq apellyasiya şikayətləri təmin olunmayıb. AXCP təşkilat şöbəsinin sədri Saqif Qurbanovun apellyasiya şikayətinə hakim Habil Məmmədov, Gənclər komitəsinin fəalı Məhərrəm Rzayevin şikayətinə hakim Əflatun Qasımov, Nəsimi şöbəsinin fəalı Tofik Məmmədovun şikayətinə isə hakim Qədim Babayev baxıb. Hər üç fəal barəsindəki 15 günlük inzibati həbs qüvvədə saxlanılıb.