Hollandiyanın Utrext şəhərində tramvayda atəş açılması nəticəsində 3 nəfər öldürülüb.
Bu barədə məlumatı şəhərin meri yayıb.
Cənab Jan van Zanen bunu da bildirib ki, martın 18-də baş vermiş insidentdə daha 9 nəfər yaralanıb.
Rəsmilər hadisənin terrorçuluqla bağlı ola biləcəyini istisna etmirlər.
Antiterror polisinin 37 yaşlı Türkiyə doğumlu Gökmen Tanis kimi tanınan şəxsin axtarışını davam etdirdiyi xəbər verirlir.
Polis adamlara bu şəxsə yaxınlaşmamaq barədə xəbərdarlıq verib.
Şəhər boyunca təhlükəsizlik tədbirləri tətbiq olunur. Hava limanları bağlanıb, mühüm ictimai və inzibati binalar bloklanıb, məktəblilər evlərinə buraxılıb.
Hollandiya Antiterrorizm Xidmətinin başçısı Pieter-Jaap Aalbersberg deyib ki, Utrextdə növbəti 18 saat ərzində terror təhlükəsinin səviyyəsi 5-ə qaldırılıb.
Aalbersberg mətbuat konfransında deyib ki, “terror motivi” isitsna edilmir:
“İndiki məqamda çox şeylər məlum deyil və yerli hakimiyyət orqanları bütün faktların toplanması üçün əllərindən gələni edir”.
Antiterror xidmətinin rəhbəri deyib ki, şəhərin bir neçə yerində “atışmalar” olub. Lakin o bundan çox təfərrüat verməyib.
Azadlıq Radiosu