AXCP sədri Əli Kərimli aprelin 5-də növbəti dəfə Azərbaycan saatı yutub kanalında canlı yayımın qonağı olub və gündəmlə bağlı suallara cavab verib. Lakin kanala əvvəlcədən təşkil edilən trol hücumuna görə (kütləvi şəkildə bəyənmədim işarəsi qoymaqla) orada yayım vaxtında başlamayıb. Paralel yayımlandığı feysbukda isə müsahibə əvvəldən gedib. Azadlıq qəzeti müsahibənin tam variantını yutub istifadəçiləri üçün də hazırlayıb.