Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 12-də qurultay keçirilməsinə yer ayrılması üçün etdiyi müraciəti müsbət cavablandırıb. Qurultayın Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçirilməsinə razılıq verilib.