Bakı şəhərinin mərkəzində keçirilən aksiya hökumətə xəbərdarlıqdır !
Bu gün Bakı şəhərinin mərkəzində Milli Şuranın və AXCP-nin aksiyası keçirildi. Aksiyanın əsas məqsədi Azərbaycanda sərbəst toplaşma azadlığı iklə bağlı Konstitusiya normasının təmin edilməsidir. Aksiya piket şəklində nəzərdə tutulsa da, hakimiyyət cəmi 50 nəfərlik bu toplantıdan da qorxuya düşərək şəhərə giriş yollarını bağlayıb, aksiyanın keçirildiyi ərazi də faktiki olaraq, polis olaraq, polis kordonu ilə mühasirəyə alınıb. Buna baxmayaraq, aksiya uğurla baş tutdu, minlərlə insan isə aksiya iştirakçıları ilə həmrəy olduqlarını göstərmək üçün şəhərin mərkəzinə yürüş etdi. Bəzi yerlərdə polislə vəəndaşlar arasında xırda toqquşmalar olsa da, prosesin ümumən qalmaqalsız ötüşdüyünü qeyd eləmək olar.
Aksiya 1 saat davam etdi
Milli Şura Bakı şəhər icra hakimiyyətinə növbəti aksiya ilə bağlı yazılı müraciət edib. Növbəti mitinq oktyabrın 19-na təyin edilib.
Azərbaycansaatı.tv