Milli Məclis “Bravo” marketləri kimi
Gələk, məsələnin əsas hissəsinə. Ağıllı adamların hamısına agahdır ki, bu həngamənin əsas səbəbi parlamenti Mehribanlaşdırmaqdı. Yəni, Parlament baş vermiş qalmaqallara görə buraxılmayıb, Mehriban Əliyevaya görə buraxılıb. Bəli, bu dəfə Paşayevlər qarşısında fərdi öhdəlik götürənlərə mandat veriləcək. Təvəllüdcə gənc olub, təfəkkürcə qocalmış adamlar mandat alacaq. Bir neçə müxalifət libası geyinmiş “Paşayevçi” yə də şans veriləcək. Şəhərin hər yerində “Bravo” marketlər açan Mehriban xanım, Milli Məclisi də “siyasi Bravo” ya çevirəcək. Bu parlament marketində yalnız onun sertifikat verdiyi mallar satılacaq. İstifadə müddəti bitmiş məhsullara yeni “istehsal tarixi” yapışdırılacaq. Yəni, “siyasi qida təhlükəsizliyi”nə Paşayevlər təminat verəcək. Yeni şou deputatların əsas missiyası isə, Mehriban Əliyevanın prezidentliyə gedən yoluna “su səpmək” olacaq. Əminliklə deyirik ki, bütün bu “şou proqramlar” Mehribanı prezident kreslosuna əyləşdirməyə hesablanıb. 9 fevraldan sonra bu daha açıq görünəcək. Yeni simalar nə Maltadan danışa biləcək, nə ofşorlardakı milyardları dilə gətirəcək, nə də xalqın maraqlarını müdafiə edəcəklər. Onlar “kreativ” yaltaqlanacaqlar.
Xalqı növbəti dəfə ələ salmaq
Ölkə vətəndaşı anlamalıdır ki, onu növbəti dəfə ələ salırlar. Növbəti dəfə bir xalqın taleyi bir ailənin daha çox qazanmaq ehtirasına qurban verilir. Seçki o qədər ucuzlaşdırılıb ki, Toliklər, Samiraldolar, Bayram Nurlular xalqın vəkili olmaq istəyir. Əksə halda, belə adamlar deputat olmaq eşqinə düşməzdi, bu məsuliyyətin altına girmək istəməzdi. Onlar da görürlər ki, deputat olmaq üçün intellektə, xalqa xidmətə, yaxşı tərcümeyi-hala ehtiyac yoxdur. Yaxşı yaltaqlanmaq, bir ailəyə sədaqət göstərmək “mandat imtahanı”ndan keçməyə kifayət edir. Həm də şou əhli əmindir ki, Elmanlardan, Siyavuşlardan, Hadilərdən daha çox səs qazana bilərlər. Uzun illərdi Azərbaycan xalqına elə adamları vəkil ediblər ki, Samiraldolar müqayisədə daha şanslı görünür. Bütün bunlar isə hakimiyyətin başında duranların xalqı ayaqaltı kimi görməsindən qaynaqlanır.