ADR sədri, ıqtisadçı alim Qubad Ibadoğlu
Jalənin işi ilə bağlı hazırkı durumu sizə çatdırmaq istəyirəm. Zatən qanunun da ayaq altına salınıb tapdalandığı ölkənin hüquq mühafizə orqanlarından gözləntilərimiz özünü doğrultmaqdadır. Işi “cinayət tərkibi” olmadığına görə bağlamaq istəyirlər.
Lənkəranda olan tibbi ekspertizadan narazı qalan
Jalə Bakıya qayıdandan sonra City Hospitalda tibbi müayinədən keçmişdi, adı xəsarət kitabçasında qeyd olunmuş, ona ambulator kartıçkası açılmışdı. Ertəsi gün baş həkim yuxarıların təzyiqi ilə Jalə haqqında bütün tibbi qeydlərin ləğvi göstərişini verdi və elə etdilər. Jaləyə sənə görə az qalmışdı ki, klinika bağlansın, bir də bura gəlmə dedilər, məcbur olduq onun müalıcəsini evdə davam etdirək.
İki gün əvvəl DİN İctimai Asayişiin Mühafizəsi İdarəsinə dəvət olunmuşdu. Vəkil Fariz Namazlı ilə bərabər getdi, Hamlet müəllimlə görüşdü. DİN-dən dedilər ki, Lənkərana gedib tibb-ekspertizanın nəticəsi ilə tanış ola bilərsiniz. Jalə deyəndə ki, tibbi ekspertdən narazıdır, Bakıda da imkan vermədilər təkrar müayinədən keçək, sonradan məlum oldu ki, City Hospitala yenidən göstəriş gedib ki, heç bir xəsarət olmayan arayış yazıb Lənkərana göndərilsin. Onlar da elə ediblər.
Nə isə Jalə bu gün əmisi ilə bərabər Lənkəranda olub, təhqiqatçı Ayxan Ağalı ilə görüşüb, məlum olub ki, ona hadisə baş verən günü bura niyə gəlmisən, burda sənin nə işin var ki, başına da belə oyun gəlsin deyərək dərs keçmiş tibbi ekspert heç bir xəsarətin olmadığına rəy verib. Təhqiqatçı da bu gün təklif edib ki, əgər narazılığınız varda gedin Semaşko xəstəxanasından təkrar ekspertizadan keçin. Əks təqdirdə biz bu günlərdə sənədləri prokurorluğa göndərəcəyik, onlar qərar verəcək ki, cinayət işi açılsın, yoxsa yox. Böyük ehtimalla da prokurorluq da işi bağlayacaq. Bu da hüquqi dövlət!.
Hadisədən 11 gün keçib, Bakıda 1 həftə əvvəl City Hospitalda ekpertizanın nəticələrini ləğv etdirən hüquq mühafizə orqanları 11 gündən sonra Jalənin ekspertizası üçün problem görmür. Hər şey planlı və məqsədli şəkildə bu işin bağlanmasına, daha bir cinayətin ört-basdır edilməsinə yönəldilib. Bundan böyük rəzalət ola bilməz. Jalənin döyülməsi videosuna baxanların hamısını riqqətə gətirib hiddətləndirdi, hətta bəzilərinin ordakı şiddəti görəndən sonra təzyiqi, şəkəri qalxıb, anası və nənəsi hələ də şökdadır. Hələ təqdim olunan videolar döyülmə prosesinin bir hissəsini əks etdirir.
Jalənin və ailəsinin, cəmiyyətin aldığı psixoloji zədələr uzun müddət sağalmayacaq. Bu işi aparanların, ona rəy verənlərin isə nəinki qanuna və layiq olmadığı həkim adına hörməti, hətta insan kimi vicdanı belə yoxdur, olsaydı ən azından ağrıyardı.