
Azərbaycanlı jurnalist Xədicə İsmayıl və Almaniyalı rejissor Benyamin Best (Benjamin Best) Leypsiqin “Kütləvi informasiya vasitələrinin azadlığın və gələcəyi uğrunda” mükafatına layiq görülüb. Bu barədə iyunun 25-də Leyptsiqin hər bir laureata 10 min avro ölçüsündə mükafat ödənilməsinə görə cavabdeh olan Sparkasse bankının Mətbuata Dəstək Fondu məlumat yayıb.
Məlumata görə, X.İsmayıl Azərbaycan hakimiyyətinin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırırdı. 2014-cü ildə o, həbs edilib və vergi ödənişindən yayınma və israfçılıq ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiə təşkilatları bu ittihamları saxta adlandırıblar və Azərbaycan rəhbərliyinin korrupsiyası haqqında jurnalist araşdırmalarına görə cəza olaraq görüblər.
Amnesty İnternational jurnalisti vicdan məhbusu kimi tanıyıb. 2016-cı ildə X.İsmayıl vaxtından əvvəl şərti azadlığa buraxılıb, amma ona bəraət verilməyib.
Turan