Putini müdafiə edənlər kimlərdir ?
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Kiyev vilayətindən geri çəkilən rus ordusundan geriyə qalan faşizmin qan donduran cinayətlərdir. Evlər, yollar minalanıb, əksər yaşayış binaları dağıdılıb, infrastruktur sıradan çıxarılıb.
Ən dəhşətlisi isə ruslar işğal etdikləri yerlərdə minlərlə qadını, yeniyetməni zorlayıb seksual sadizm ediblər. Bir çox hallarda isə bu bağışlanmaz vəhşiliyi qadınların ailə üzvlərinin gözü qarşısında törədiblər. Onlar özlərini dövlətin əsgəri kimi deyil, əsil quldur, zorakılıqdan həzz alan vəhşi kimi aparıblar. Tutduqları hər yerdə heç bir savaş hüququ, qayda gözləmədən aşağılıq quldurlar kimi əllərinə keçən hər nə varsa oğurlayıblar, talayıblar. Rus əsgərləri evlərə basqın edərək, açıq aşkar soyğunçuluq və insan şərəfini alçaldan zorakılıqla məşğul olublar.
Bu gün Ukraynada üzə çıxan dəhşətli mənzərələr, insanlıq faciəsi Putin faşizminin nə qədər təhlükəli və murdar olduğunu bütün dünyaya göstərir. Dəhşət ondadır ki, məsələ artıq Putinin şəxsiyyətindəki psixopatlıqla, qəddar yırtıcılıqla məhdudlaşmır. Rus gənclərindən təşkil olunan bu faşist ordusu insan cəlladları kimi heç bir mərhəmət, insanlıq tanımadan, ən amansız və alçaq hərəkətləri soyuqqanlılıqla icra etmək iqtidarında olduğunu bir daha göstərdi. Bu vəziyyət təkcə Putinin əsəri deyil, həm də rus xalqının bu günkü mənəvi psixoloji durumunun göstəricisidir.
Bütün bu vəhşətdən, insanlıq dramını gördükdən sonra Putini, onun hərəkətlərini müdafiə etmək, o heç də adi siyasi seçim deyil. Bu vəhşi və faşist xarakterin , Putin əsgəri ilə eyni mənəviyyata sahib olmağın, hər cür zoarılığa, qəddarlığa hazır olan vəhşiliyin göstəricisidir. Əslində Putini müdafiə etmək faşizmi və onun cinayət əməllərini təbliğ etməklə eyni əməl kimi qiymətləndirilərək, cinayət məsuliyyəti yaradan hal hesab olunmalıdır.