Milli Şuranın sədri, professor Cəmil Həsənli
Zərdabidən bizə ancaq həmin gün yadigar qalıb. Və biz də, o günü mətbaut adına qeyd edirik. Mətbuatı İlham Əliyev şumladı, “Əkinçi”nin toxasıyla səpilmiş toxumlaın axırına çıxdı. Azərbaycan mətbuat azadlığı ineksinə görə Türkmənistan istisna olmaqla bütün Orta Asiya respublikalarından geridədir. 180 ölkə arasında bizim ölkə 154-cü yeri tutub. Belarus bizdən 1 pillə öndədir – 153-cü yerdə. Ölkə mətbuatını bu duruma salıb müdia təmsilçilərinə təbrik göndərmək, Şuşada olmayan mətbuatın bayramını qeyd etdmək adamdan xüsusi istedad və üz tələb edir.
Yeri gəlmişkən bir vaxtlar Bakı mətbuatının aparıcı jurnalistləri şuşalılar idi. İti qələmi olan Haşım bəy Vəzirov padşahın özün tənqid edirdi. Məmmədağa Şahtaxtinski “Şərqi-Rus”dan məzuniyyətə gedəndə onu əvəz edən Məmməd Tağı Sidqiyə öz tövsiyələrini vermişdi ki, o olmayanda qəzeti necə çıxarsın. Sonuncu tövsiyyədə deyirdi ki, Məmməd Tağı nə edirsən et, bizi Haşım bəyin qələminin altına salma.
Hərdən fikirləşirəm bir möcüzə nəticəsində Zərdabi dirilsəydi, yeri harada olardı? Əlbəttə, ya Kürdəxanıda, ya da Qobustan həbsxanasında. Qələmin müqəddəs vəzifəsini millətə xidmətdə görən bir jurnalistin ola biləcəyi yerlərdə. Dirilmə böyük ədib, ey bu millətin əmiri-alişani, ümmətdən millətə keçidin böyük yolçusu, maarifdən yetim qalmış bir bölük Qafqaz türklərinin fikir babası, sən görən zəmanə artıq keçib. Nəki Qafqazda, Rusiya çoğrafiyasında birinci müsəlman qəzeti olan “Əkinçi”nin varisləri, indi dünya mətbuat aləmində sonuncu yerlərdən birini tutur.