Şənbə günü, iyuln 23-də Rusiya Ukraynanın Kirovoqrad vilayətinə raket atıb. Nəticəsində ən azı bir hərbçinin və elektrik yarımstansiyasının iki mühafizəçisinin həlak olduğu və 9 əsgərin yaralandığı bildirilir.
Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Andrey Raykoviç məlumat verib.
Daha əvvəl elə Raykoviçə istinadən məlumat yayılıb ki, Rusiya qoşunları səhər saatlarında Kropivnitski istiqamətində 13 qanadlı raket atıblar, nəticədə infrastruktur obyektlərinə, o cümlədən Kanatovo hərbi aerodromuna və Ukrayna Dəmir Yollarının obyektlərindən birinə ziyan dəyib.
Şənbə günü gecə və səhər tezdən Rusiya ordusu Ukraynanın bir sıra şəhərlərinə, xüsusən Xarkov və Nikolayevə də raket zərbələri endirib.
Azadlıq radiosu