Rusiyanın atəş açması Zaporojye AES-də iki işlək reaktordan birinin bağlanmasına səbəb olub. Məlumatı Ukraynanın “Enerhoatom” dövlət energetika şirkəti yayıb.
Məlumata görə, “6 saylı enerji bloku işini davam etdirir” və AES-i elektriklə təmin edir.
Rusiyanın TASS xəbər agentliyi Rusiyanın Enerhadora təyin etdiyi rəsmi Aleksandr Volqaya istinadla sentyabrın 1-də şəhərin işıqsız qaldığını bildirir.
Volqa deyib ki, Enerhodarda işıq olmasa da, BAEA müfəttişlərinin AES-ə planlaşdırılmış səfərini təxirə salınmasına səbəb yoxdur.
***
BMT-nin nüvə agentliyinin missiyası Ukraynanın Zaporojye şəhərindən Rusiyanın nəzarətində olan Enerhodar şəhərindəki Zaporojye AES-ə yollanıb. Sentyabrın 1-də ərazidə intensiv atışma barədə xəbərlər gəlir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) başçısı Rafael Qrossi deyib ki, missiya “ərazidə hərbi fəaliyyətin artmasından” xəbərdardır, ancaq obyektə gedərək işçilərlə görüşmək planını gerçəkləşdirməkdədir.
Azadlıq radiosu