General Sergey Surovikin Rusiya müdafiə naziri Sergey Şoyquya Xerson vilayətindəki qoşunların Dnepr çayının sol sahilindən çıxarılmasını təklif edib
Ukraynadakı Rusiya ordu qruplaşmasının komandanı general Sergey Surovikin Rusiya müdafiə naziri Sergey Şoyquya Xerson vilayətindəki qoşunların Dnepr çayının sol sahilindən çıxarılmasını təklif edib.
Şoyqu bu təkliflə razılaşıb və Rusiya qoşunalrının Dneprin sol sahilinə çəkilməsinə başlanması üçün əmr verib.
Bu, Rusiya qoşunlarının Xerson vilayətinin mərkəzi Xerson şəhərindən çıxarılması deməkdir.
Bu barədə reportajı Rusiyanın dövlət telekanalları yayıblar.
Surovikin Şoyquya məruzəsində bildirir ki, Dneprin sağ sahilindəki qoşunların təchizatı son dərəcə çətinləşib.
General habelə Dneprin sol sahilindən çıxarılacaq birləşmələrin başqa cəbhələrə atılmasını təklif edib.
Onun sözlərinə görə Dnepr çayı boyunca cəbhə təşkil olunub və manevrlərə tezliklə başlanacaq.
Təslimə hazırlıq çoxdan gedirdi
Xerson vilayətinin işğal administrasiyası Dnepr çayının sağ sahilindən əhalinin evakuasiyasını oktyabrın 18-də elan etmişdi.
Buna səbəb olaraq Ukrayna ordusunun hücumları göstərilirdi.
İşğal administrasiyası Xerson şəhərinin təslim ediləcəyini açıq bildirməsə də, Rusiya qoşunlarının komandanı Sergey Surovikin demişdi ki, “sadə olmayan qərarların” qəbulu qaçılmaz ola bilər.
İşğal administrasiyasının başçı müavini həlak olub
Noyabrın 9-da Surovikinin televiziya ilə çıxışından əvvəl xəbər verilirdi ki, Ukrayna silahlı qüvvələri Xerson şəhərinin şimalındakı Nikolayev vilayətində, Snigiryovka rayonunda hücuma keçib.
Bu da cxəbər verilirdi ki, Rusiya qoşunları Dneprin sağ sahilindəki bir neçə körpünü partladıb.
Azadlıq radiosu