Özü gizlənib Şoyuqunu qabağa verdi
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Rusiya nə qədər dirənsə də bacara bilmədi. Xersondan geri çəkilmək heç də gözlənilməz olmadı. Aylardır Rusiya ordusunun davam edən geri çəkilmələri, məruz qaldığı sarsıdıcı zərbələrdən sonra Xersonun nə zaman təslim ediləcəyi əsas müzakirə mövzusu idi. Proqnozlar özünü doğrultdu.
Özünü doğrultmuş bu proqnozlar Rusiya ordusunun bu günkü acınacaqlı vəziyyətinə əsasən verildiyinə görə, demək olar ki, proses bununla da qalmayacaq, davam edəcək.
Xersonun təslim olması müharibənin gedişində strateji dönüş mərhələsi sayılır. Çünki artıq rus ordusunun bundan sonra effektiv müdafiə olunmaq və Ukrayna ordusunun hücumlarının qarşısını almaq imkanında olmadığı təsdiqlənmiş oldu. Xersondan Rusiya ordusunun ən elit hissələri cəmlənmişdi və Putin demək olar ki, hərbi arsenalın böyük hissəsini bu strateji önəmə sahib şəhərin müdafiəsinə səfərbər etmişdi. Ancaq, yenə də məğlubiyyətin qarşısını almaq mümkün olmadı. Demək ki, bundan sonra rusların əlində olan digər şəhərləri də eyni aqibətin gözləmədiyinə heç bir təminat yoxdur.
Xersonun azad edilməsi cənub cəbhəsində vəziyyəti köklü surətdə dəyişdi. İndi Ukrayna ordusunun əsas hədəfi Xerson vilayətinin Dneprin sol sahil əraziləri, Zaporojets, Melitopol və daha sonra isə Krımdır.
Peykdən çəkilmiş görüntülərdə rusların Krım ətrafında müdafiə istehkamları inşa etdiyi görsənir. Buradan da aydın olur ki, rus generaliteti məğlubiyyəti labüd hesab etdiyi üçün, geri çəkiləcəyini bildiyinə görə indidən Krımı qorumaq hazırlıqlarına başlayıb.
Aylardır uğrunda ölüm dirom savaşı gedən Xersonun strateji önəmindən az olmayan bir psixoloji əhəmiyyəti də vardı. Bu şəhərin taleyi Rusiyanın iradəsinin bir növ qırılma nöqtəsi hesab olunurdu. Xerson məğlubiyyətindən sonra, təkcə cəbhədə döyüşön rus ordusu deyil, həm də Rusiyanın hərbi və siyasi rəhbərliyi mənəvi psixoloji baxımdan ruh düşkünlüyünə məruz qalıb, müharibəni davam etdirməyin bir mənası qalmadığı kimi ağır bir psixoloji təzyiqlə üzləşib.
Xersonun azad edilməsi Ukrayna xalqının və ordusunun döyüş əzmini artırmaqla yanaşı, həm də, onun Qərb müttəfiqlərinin də inamını artıraraq hərbi və maliyyə dəstəyini daha da çoxaldacaq. Demək ki, verilən dəstək boşuna getmirmiş.
Maraqlıdlr ki, Xersonun təslim edilməsi qərarını ali baş komandan kimi Putin yox, Şoyuqu elan etdi. Putin gizlənib onu qabağa vermişdi. Buradan həm də o görsənir ki, məğlubiyyət davam etdikcə, Putin öz ətrafındakıları qabağa verib məsuliyyəti onların üzərinə atmağa çalışacaq. Ən sonda isə, bu, Rusiya hərbi siyasi elitasında məğlubiyyətin məsuliyyətini bir birinin üstünə atıb, qarşı tərəfi qurban vermək uğrunda daxili çəkişmələrə səbəb olacaq