Məhkəmənin hökmü “Allaha qarşı müharibə” maddəsi ilə çıxarılıb və bu maddə əksər hallarda edam cəzası nəzərdə tutur
İranda məhkəmə etiraz iştirakçılarından biri barədə ilk dəfə olaraq edam hökmü çıxarıb.
O Tehranda hökumət binalarından birini yandırmaqda ittiham edilirdi.
Bu barədə məlumatı İran İnqilab Məhkəməsinə istinadla Mizan agentliyi yayıb.
Məhkəmənin hökmü “Allaha qarşı müharibə” maddəsi ilə çıxarılıb və bu maddə əksər hallarda edam cəzası nəzərdə tutur.
Müttəhimə qarşı qarşı daha iki ittiham irəli sürülmüşdü və bunlar da “terror” maddələri hesab olunur.
İnqilab məhkəməsinin daha iki şöbəsi 5 etirazçıya 5 ildən 10 ilədək kəsib.
Onlar “İranın mülli təhlükəsizliyinə qarşı cinayət məqsədi ilə təşkilatlanmaqda və sövdələşmədə” ittiham edilirdilər.
Bu da qeyd olunur ki, hökmlərdən apellyasiya şikayətləri verilə bilər.
Etirazlar bir qədər səngisə də
Gənc qadın Məhsa Əmininin polisdə vəfatına etiraz olaraq başlanan aksiyaların gedişində uşaqlar da daxil minlərlə insan həbs edilib.
Bunlardan bəzilərinə qarşı da “Allaha müharibə” ittihamı irəli sürülüb.
İnsan haqları qruplarının məlumatına görə etirazlar başlanandan bəri 43 azyaşlı da daxil azı 326 nəfər təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
İran hakimiyyətinin məlumatına görə təhlükəsizlik qüvvələrinin 40-dan çox əməkdaşı da həlak olub.
Azadlıq radiosu