“ABŞ prezidenti Donald Trampın “Venesuela diktatoru Nikolas Maduronun günlərinin sayılı olduğu” açıqlaması fonunda Pentaqon Karib dənizi bölgəsinə qüvvələr yerləşdirməyə davam edir”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

“Qərb mediasının məlumatına görə, ABŞ-ın ən ölümcül xüsusi təyinatlı qüvvələrindən biri olan “Gecə Ovçuları” kimi tanınan 160-cı Xüsusi Əməliyyatlar Aviasiya Alayı Karakasdan cəmi bir neçə yüz kilometr aralıda yerləşən Trinidad adasında təlimlər keçirir.
“Gecə Ovçuları” ən təhlükəli şəraitdə əməliyyatlar üçün MH-60 “Black Hawk” kimi hücum helikopterlərindən, eləcə də yüngül nəqliyyat vasitələrindən istifadə edirlər”.
Ədalət Verdiyev qeyd edib ki, onlar döyüş zonalarına Dəniz Qüvvələrinin “pisiklərini, Yaşıl Beretlər və Delta Force” kimi elit bölmələrini yerləşdirirlər:
“Bu birləşmə əvvəllər Pakistanda “Əl-Qaidə” lideri Üsamə bin Ladenin, İraqda İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin və digər təhlükəli terrorçuların məhv edilməsində iştirak edib”.
Firuzə













