Ağ Ev, mətbuat katibi Karolin Livittin ofisinin yerləşdiyi binaya əvvəlcədən görüş təyin etməyən media nümayəndələrinin girişini məhdudlaşdırıb. \Rəsmi açıqlamaya görə, dəyişiklik “milli təhlükəsizliyin qorunması” ilə əsaslandırılır.
Livitt və Ağ Evin Kommunikasiya Direktoru Stiven Çeunq bildiriblər ki, kommunikasiya komandası artıq Milli Təhlükəsizlik Şurasının işlərinə rəhbərlik edir və həssas materiallarla işləyir. Buna görə jurnalistlər yalnız səlahiyyətli Ağ Ev əməkdaşı ilə razılaşdırılmış görüş zamanı 140 nömrəli otağa daxil ola biləcəklər.
Yeni qayda dərhal qüvvəyə minib və mətbuatın yüksək vəzifəli mətbuat rəsmiləri ilə birbaşa təmas imkanlarını azaldır.
Ağ Ev Müxbirləri Assosiasiyasının prezidenti Veyjia Jiang bu qərarı tənqid edərək bildirib ki, “məhdudiyyətlər jurnalistlərin rəsmiləri sorğu-sual etmək və hökuməti məsuliyyətə cəlb etmək imkanlarını zəiflədir, bu isə ictimai maraqlara ziddir.”
Firuzə













