4 gün iş olmayacaq

  • By Ayshan
  • 03 Noyabr 2025 09:15

Zəfər günü və Dövlət bayrağı günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq.

Gununsesi.info -nun xəbərinə görə, bu il 8 noyabr Zəfər günü şənbə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü bazar gününə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Beləliklə, 8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.

Gununsesi.info