ATƏŞ SƏDALARI ALTINDA TAXT OYUNLARI ZELİNSKİ ” VƏZİRİ ” Nİ QORUYA BİLƏCƏKMİ ? Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) bu səhər Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın ofisinə daxil olaraq axtarış aparır. Məlumata görə, səhər saatlarında Ukrayna hökumət kvartalında yerləşən Yermakın ofisinə NABU və SAP dan təxminən 10 əməkdaş daxil olub. Hazırda jurnalistlər axtarışı iş prosesində izləyir və rəsmi açıqlama üçün NABU ilə əlaqə saxlayırlar. Qeyd edək ki, NABU və SAP Ukraynada ən yüksək vəzifəli məmurların korrupsiya halları ilə mübarizə aparan qurumlardır və siyasi hakimiyyətdən asılı deyillər. Son zamanlar Zelinskinin ətrafı enerji sektorunda yaranmış rüşvət qalmaqalına görə hədəfə çevrilib. Ukraynada hökumətləri yıxan əsas məsələ məhz enerji sektoru ilə bağlı söhbətlərin yayılmasıdır. İllər əvvəl ölkənin baş naziri Yuliya Timoşenkonun rəhbərlik etdiyi hökumət məhz Rusiyanın Qazprom şirkəti ilə bağlanmış müqavilədəki saxtakarlığa görə hakimiyyətdən devrilmişdi. NABU / SAPO – nın niyə məhz Yermaka qarşı əməliyyat keçirdiyi məlum məsələdir. Bu qurum Ali Radanın təsiri güclüdür. Son zamanlar prezident Zelinskinin komandası tərəfindən NABU / SOBA – nın səlahiyyətinin azaldılması barədə təşəbbüslə çıxış edirdi. Yermak isə admistirasiya rəhbəri kimi bu prosesə də fəal iştirak edirdi. Eyni zamanda o, hüquq – mühafizə orqanlarını da prosesə cəlb edərək onları NABU / SOBA – ya qarşı qaldırmışdı. Görünür ki, buna görə Yermakdan heyif çıxılır. Ancaq nəzərə alaq ki, admistirasiya rəhbəri özü istintaqın hədəfi olmayıb. Aparılan əməliyyatlara səbəb dövlətə məxsus nüvə enerjisi şirkəti – Energoatom şirkəti ətrafında yaranan qalmaqdadır. Belə ki, bu şirkət bəzi tenderlərdən 10 – 15 faiz həcmində otkad almaqda və çirkli pulların yuyulmasında ittiham edilir. Qeyd edim ki, Energoatomun fəaliyyətinə Ukrayna Energetika Nazirliyi nəzarət edir. Bu skandal ilk başda Energetika Nazirliyini əhatə etsə də sonradan tamamilə fərqli mənzərə ortaya çıxdı. Ölkənin hüquq – mühafizə orqanlarının da bu geniş korupsiya şəbəkəsindən xəbərdar olduğu və buna göz yumduğu barədə məlumat yayıldı. İddialar var ki, Ali Radanın bir çox oliqarx deputatı məhz bu sistemlə çirkli pulların yuyulmasında iştirak edib. Ona görə əməliyyatın siyasi müstəviyə daşınması və yeni həbslərin baş verməsi gözləniləndir. Bu əməliyyat Ukrayana üçün həm xeyr, həm də ziyandır. İlk növbədə əməliyyat ölkədə korrupsiyaya qarşı mübarizəsinin yüksək səviyyədə olduğunu, şəffav idarəçiliyi, güclü enerji potensialını ortaya qoyur. Bu addımlar Qərb tərəfindən müsbət qiymətləndirilə və Ukraynaya maliyyə yardımlarını artıra bilər. Amma bu həbslərin kütləvi xarakter alması ölkədə siyasi çaxnaşmaya və prezident Zelinskinin onsuz da müharibəyə görə kövrək olan komandasının daha da çalxalanmasına səbəb ola bilər. Bu baxımdan Ukrayna prezidenti əməliyyatın məhz öz nəzarətində aparılmasına çalışır. Ehtimal ki, Zelinski ən yaxın adamı olan Yermakı sona qədər müdafiə etməyə çalışacaq. Ancaq vəziyyət ciddiləşərsə son anda ” Ukraynanın boz kardinalı ” bu oyuna qurban gedə bilər.