Gəncənin Gülüstan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə zamanı minik avtomobili ilə “Bakubus” MMC-yə məxsus marşrut avtobusu toqquşub.
Nəticədə minik maşınında olan bir nəfər hadisə yerində ölüb. Hadisə nəticəsində yaralananlar da var.
Faktla bağlı araşdırma başlanılıb.













