Masazırda 1-ci sinif şagirdi öldü

Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib.

Gununsesi.info  xəbər verir ki, noyabrın 27-si Masazırdakı 1 N-li tam orta məktəbin qarşısında 1-ci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib.

Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib.

Onun qan azlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

 

Gununsesi.info