Xəbər verdiyimiz kimi, Azərbaycanda saxlanılan dörd erməniəsilli şəxs Ermənistana təhvil verilib.
Bunlar Vaqif Xaçaturyan, Gevorq Sujyan, David Davtyan və Viqen Euljekjyandır.
Saxlanılanlar Həkəri çayı üzərindəki körpüdə müvafiq Ermənistan qurumlarının nümayəndələrinə təhvil verilib.
Cəmiyyət bu addımı birmənalı qarşılamır.
Kimlərsə bu güzəştsin olması daha böyük məqsədlərə çatmaq üçün olduğunu vurğulayır, kimlər isə məntiqli olmadığını.
“Əsas hədəfə çatmaq üçün müəyyən güzəştlərin edilməsi nəzərdə tutulur”.
Bu sözləri Gununsesi.info -ya Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O, həmçinin qeyd edib:
“Bu məsələr bütövlükdə qarşılıqlı addımların atılması ilə nəzərdə tutulan, böyük sülh sazişinə doğru irəliləyən bir strategiyadan xəbər verir. Bu strategiya isə artıq ayrı-ayrı şəxslərin törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunması və sonradan jest olaraq Ermənistana verilməsi böyük strateji məqsədlərimizin həyata keçirilməsində elə bir böyük bir önəm daşıyan məsələ kimi gündəmə gəlmir. Artıq bu insanların cinayətlərin ifşa edilməsi, məhkum edilməsi ilə yanaşı, əsas gələcəyin bölgə üzrə təhlükəsizlik konturlarını yekunlaşdırmağa yönəlik addımlar atmaqdır. Dünya tarixində dəfələrlə təkrar olunan hadisələrdəndir. Əsas hədəfə çatmaq üçün müəyyən güzəştlərin edilməsi nəzərdə tutulur”.
Fazil Mustafa onu da deyib ki, bu cür xoşməramlı jestlər böyük məqsədlərə çatmaq üçündür:
“Xüsusilə də Ermənistanda Tramp layihəsini həyata keçməsi üçün müəyyən addımların atılması üçün konkret işlər görülürsə, belə sürprizlərin olması gözləniləndir. Qalib ölkə kimi əsas problemini həll etmiş, Xocalının qisasını almış bir dövlət olaraq hansısa məqamda daha böyük məqsədlərə çatmaq üçün bu cür müəyyən xoşməramlı jestlər etməyi normal qəbul etmək lazımdır. Çünki daha böyük məqsədlərin həyata keçməsi nəzərdə tutulur. Zəngəzur dəhlizinin açılması da bura daxildir. Ona görə də faktiki olaraq bəzən cəmiyyətimizdə hansısa bir barışmazlıq xəttinin aparılmasına çağırışlar olur. Bunu da normal anlayışla qarşılamaq lazımdır. Yenə də bir şeyi qəbul etmək lazımdır ki, biz qələbə qazanmaqla bu qisası bəlkə də, artıqlaması ilə almışıq. Bir sözlə, belə addımların atılması gözləniləndir. Çünki başqa cür bu münasibətlərin kəskinliyi davam etdirmək olar. Amma bu bizə yenidən nə verəcək? Biz qalibik axı. Bu baxımdan, sülh sazişində bu məsələdə edilən güzəştləri anlayışla qarşılamaq mümkündür”.
Orxan
Gununsesi.info












