Tramp: Günahkar Putin yox, Zelenskidir

Ukraynadakı müharibənin uzanmasında  günahkar Putin yox, Zelenskidir.
Gununsesi.info  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Onun fikrincə, Ukraynadakı potensial  sülh razılaşmasının
qarşısını alan Rusiya deyil, Ukraynadır.
“Reuters”ə müsahibəsində  Tramp iddia edib ki,  Putin razılaşma əldə etməyə hazır olsa da, Ukrayna razılaşmaya daha az hazırdır.
ABŞ-ın liderliyində aparılan danışıqların niyə bu günə qədər İkinci Dünya Müharibəsindən bəri Avropanın ən böyük quru münaqişəsinə son qoymaqda uğursuz olduğu sualına Tramp “Zelenski” cavabını verib.
“Biz Prezident Zelenskini bunu dəstəkləməyə inandırmalıyıq”, – deyə o bildirib.
Zelenskinin danışıqları niyə gecikdirdiyinə gəldikdə  Tramp ətraflı cavabdan yayınaraq   deyib ki, istədiyini etməkdə çətinlik çəkir.

Gununsesi.info