Yaponiyada 73 yaşlı qadın ayı hücumuna məruz qalıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Akita prefekturasında 73 yaşlı qadının ayının hücumuna məruz qalaraq başından və üzündən xəsarət aldığı bildirilir.
NHK dövlət televiziyasının yerli polis mənbələrinə istinadən verdiyi məlumata görə, 73 yaşlı qadın Akita prefekturasında əlillər üçün qocalar evinin qarşısında huşsuz və qan içində tapılıb.
Polis qocalar evinin təhlükəsizlik kamerası görüntülərini araşdıraraq, ayının qadına hücum etdiyini müəyyən edib.
Qocalar evinin sakini olduğu müəyyən edilən qadın müalicə olunmaq üçün xəstəxanaya aparılıb.
Qeyd edək ki, Yaponiyanın şəhər yerlərində ayı hücumları tez-tez baş verir.
Orxan













