Kiyevdə matəm elan olundu

  • By Günel
  • 31 İyul 2025 19:12

Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə öz Teleqram kanalında Kiyev meri Vitali Kliçko bildirib.

Qeyd edək ki, iyulun 31-nə keçən gecə Rusiya Kiyevə iri pilotsuz təyyarə hücumu edib, səhər isə raket zərbələri endirib. Rusiyanın hücumu nəticəsində 11 nəfər (o cümlədən biri uşaq) həlak olub, 135 nəfər yaralanıb.

Gununsesi.info