Bakıda qadını motosiklet vurdu - Vəziyyəti ağırdır

  • By Günel
  • 01 Avqust 2025 08:19

Bakının Sabunçu rayonunda yol qəzası zamanı qadın ağır xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1974-cü il təvllüdlü Abışova Mətanət Həsən qızı yol kənarında olarkən onu motosiklet vurub. Qadın ağır kəllə-beyin travması alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Gununsesi.info