Cəlilabadda avtomobil aşıb: - 1 nəfər ölüb, 2 nəfər yaralanıb

  • By Günel
  • 01 Avqust 2025 08:58

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, “QAZ 53” markalı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hazırda xəsarət alan və həyatını itirən şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info