ABŞ-də güclü meşə yanğını - Məhbuslar təxliyə edildi

  • By Günel
  • 11 Avqust 2025 08:55

ABŞ-nin Kolorado ştatında güclü meşə yanğınları səbəbindən həbsxanada məhbuslar təxliyə edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Kolorado İslah Müəssisələri Departamentinin məlumatında deyilir.

“Ehtiyat tədbiri kimi həbsxanada olan 179 məhbus təhlükəsiz şəkildə oradan çıxarılıb”, – məlumatda deyilir.

Qeyd edək ki, 432 kv. km ərazini əhatə edən “Li” yanğını Kolorado ştatı tarixinin ən böyük altıncı yanğını olub. Alovla mübarizəyə min nəfərdən çox yanğınsöndürən cəlb edilib.

Gununsesi.info