Tovuzun Dondar Quşçu kəndində meyit aşkarlandı

  • By Günel
  • 09 Avqust 2025 23:20

Tovuz rayonunun Dondar Quşçu kəndində meyit tapılıb.

Gununsesi.info xəbər verir ki, kəndin mərkəzindən keçən su arxının kənarından təxminən 40-45 yaşlarında meyit aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info