Bərdədə minik avtomobili yanıb.
Gununsesi.info xəbər verir ki, hadisə ötən gecə Bərdə şəhər ərazisində baş verib.
Hərəkətdə olan “Mercedes” markalı avtomobilin matorxanasında anidən yanğın baş verib.
Avtomobil sahibinin və ətrafdakıların vaxtında müdaxiləsi ilə yanğın söndürülüb.
Yanğına səbəb avtomobilin elektrik naqillərində qısaqapanmanın olduğu bildirilir.















