Gəncədə iki nəfər bıçaqlandı

  • By Günel
  • 09 Avqust 2025 22:40

Gəncənin Gülüstan qəsəbəsində iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Emin Məmmədov və 2001-ci il təvəllüdlü Röyal Rüstəmov bıçaqlanıb.

Yaralılar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.

Gununsesi.info