82 yaşlı kişi pilləkəndən yıxılıb öldü

  • By Günel
  • 09 Avqust 2025 19:40

Gədəbəydə bədbəxt hadisə baş verib.

Gununsesi.info -nun məlumata görə, rayon sakini 1943-cü il təvəllüdlü Aqil Alıyev pilləkəndən yıxılıb.

Ağır kəllə-beyin travması alan kişi Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

O, göstərilən bütün tibbi yardımlara baxmayaraq, dünyasını dəyişib.

Gununsesi.info