İran xarici işlər naziri Abbas Arakçı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla telefon əlaqəsi saxlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Telefon danışığının təfərrüatı barədə məlumat verilməsə də, Arakçı ilə Uitkoffun yaxın vaxtda görüş keçirmək barədə müzakirə apardığı bildirilib.












