Kuba lideri Trampa cavab verdi

  • By Admin2
  • 12 Yanvar 2026 17:55

Kuba prezidenti Migel Dias-Kanel bildirib ki, ölkəsi Vaşinqtonla danışıq aparmır.

Gununsesi.info xəbər verir ki, Migel Dias-Kanel bu haqda X sosial şəbəkəsində yazıb.

“ABŞ hökuməti ilə miqrasiyaya aid texniki əlaqələrdən başqa heç bir danışıqlar aparılmır”, – deyə Kuba lideri qeyd edib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Kubanın “çox gec olmadan razılaşmaya getməli olduğunu” bildirmişdi.

Gununsesi.info