İranda bunun olmasını istəmirik - Türkiyə

İranda xaos istəmirik. Sabitlik region üçün vacibdir. Problemlər xarici müdaxilələrlə yox, İran hökumətinin öz iradəsi ilə həll olunmalıdır.

Gununsesi.info xəbər verir ki, bunu AKP sözçüsü Ömer Çelik bildirib.

O qeyd edib ki, İsrail İranda böyük problemlər yaradacaq bəyanatlar verir.

Qeyd edək ki, İranda inflyasiya və iqtisadi vəziyyətə görə 28 dekabr 2025-ci ildən başlayan kütləvi aksiyalar iğtişaşlar və toqquşmalarla davam edir. İndiyə qədər mindən çox insanın öldüyü haqda iddialar var.

Gununsesi.info