ABŞ lideri: Üçtərəfli görüşün keçirilməsi vaxt məsələsidir

  • By Günel
  • 18 Avqust 2025 23:28

Üçtərəfli görüşün keçirilməsi vaxt məsələsidir.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşdə söyləyib.

O, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında üçtərəfli görüşün baş tutacağına ümidini ifadə edib.

Tramp görüşün təşkilini müzakirə etmək üçün bu gün danışıqlardan dərhal sonra Putinə zəng edəcəyini söyləyib.

Gununsesi.info