ABŞ: Ukraynaya qoşun göndərməyəcəyik

  • By Günel
  • 18 Avqust 2025 19:50

“ABŞ-dən Ukraynaya təhlükəsizlik zəmanəti onun ərazisində Amerika qoşunlarının yerləşdirilməsi demək deyil”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

“Nəhayət, qərar vermək Prezident Trampdan asılıdır. Bu, bir çox yöndən nəzarət və sair ola bilər. Bunun Amerika qoşunları olması lazım deyil”, – Amerika rəsmisi bildirib.

M.Uitaker qeyd edib ki, Ukraynaya təhlükəsizlik zəmanətini Avropa verməlidir:

“Onlar (Ukrayna) başa düşürlər ki, davamlı sülhə nail olmaq üçün onlara təhlükəsizlik zəmanəti lazımdır. Bunu avropalılar təmin etməli və yerinə yetirməlidir”.

Gununsesi.info