Rəqsanənin qızı Aysun müraciət yaydı

  • By Günel
  • 18 Avqust 2025 20:21

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova dələduzluq etdiyinə görə həbs edilib.

Rəqsanə İsmayılovanın qızı Aysun anasının həbsi ilə bağlı müraciət ünvanlayıb.

Həmin müraciəti təqdim edirik:

Müzəffər Ali baş komandan cənab prezident, İlham Əliyev, analar anası Mehriban xanım, cənan nazir Vilayət Eyvazov mən bir övlad kimi sizə ümid və yalvarışla müraciət edirəm. Anam Rəqsanə İsmayılova hal-hazırda həbsdədir. O bizim üçün yalnız sənətçi deyil, ən başda 4 övlad anasıdır. Bizim ən böyük istəyimiz, ən böyük ehtiyacımız anamızın hal-hazırda yanımızda olmağı, onun nəfəsini, sevgisini və qayğısını hiss etməyimizdir. Cənab prezident, anam bütün ömrünü Azərbaycan incəsənətinə həsr edib. Həm ölkəmizdə, həm də xaricdə incəsənətimizi təmsil edib. Eyni zamanda pandemiya dönəmində insanlara yardım etmişdir. Müharibə zamanı hərbçilərimizə dəstək olmuşdur. Müharibədən sonra qazilərimiz üçün və şəhid ailələrimiz üçün xeyriyyəçilik işlərlə məşğul olmuşdur. Sizdən artıq dərəcədə xahiş edirəm onun günahsız balalarının fəryadına səs verin. Biz anasız böyümək istəmirik. Biz anamıza möhtacıq. Siz həmişə mərhəmətiniz, humanistliyiniz və ədalətinizlə xalqın dayağı olmusunuz. Biz sizin ədalətli və humanist qərarınıza güvənirik və bütün varlığımızla sizin mərhəmətinizə sığınırıq. Sizdən imdat diləyirik. Bizim dövlətimizdən başqa heç kimimiz yoxdur. Biz dövlətimizə güvənirik. Bizim arxa dayağımız yalnızca dövlətimizdir. İnanırıq ki, səsimizə səs veriləcək və 4 uşaq anası gözü yolda qalmayacaq. Məm də bütün qəlbimlə yalvarıram. Anamı əfv edin. Anamın buraxılması üçün göstəriş verin ki, biz anamıza qovuşaq.

Gununsesi.info