Məhkəmə Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən əcnəbilər barədə qərar verdi - FOTO

  • By Günel
  • 18 Avqust 2025 19:12

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan 3 nəfər əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info xəbər ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onlar 3 ay müddətə həbs olunublar.

Qeyd edək ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

ec 2 ec 3

***

Üç əcnəbinin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntü barədə araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Gununsesi.info