
27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq dövlət qurumları, qeyri-dövlət təşkilatları və kommersiya şirkətləri sosial şəbəkələrdə müxtəlif paylaşımlar ediblər.
Gununsesi.info xəbər verir ki, AFB Bank ASC-nin rəsmi səhifəsində yayımlanan paylaşım sosial şəbəkələrdə diqqət çəkib.
Belə ki, təqdim olunan şəkildə Azərbaycan bayrağının səkkizguşəli ulduzu düzgün əks olunmayıb.
Əslində səkkizguşəli ulduzdan ibarət olan rəmz paylaşımda onbirguşəli formada təsvir edilib.
Qeyd edək ki, bank sözügedən paylaşımı silib.