“Neftçi” xal itirdi

  • By Admin08
  • 27 Sentyabr 2025 21:34

Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

Gununsesi.info xəbər verir ki, “Neftçi” evdə “Karvan-Yevlax”la qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Günün ilk oyununda “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Turun ötən gün baş tutmuş matçlarında “Qarabağ” “Azersun Arena”da “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” isə “İmişli” ilə heç-heçə edib – 1:1

Gununsesi.info