Ağdamda qəbiristanlıqda mina partlayıb, keçmiş döyüşçü “Gizir Xanı” həlak olub -FOTO

  • By Admin08
  • 23 Sentyabr 2025 21:48

Sentyabrın 23-də Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mina hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Məlumatda bildirilib ki, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır: “ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır”.

"Gizir Xanı" minaya düşərək həlak oldu - RƏSMİ AÇIQLAMA

Gununsesi.info