Azərbaycanla Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub

  • By Admin08
  • 23 Sentyabr 2025 19:48

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu qəbul edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Y.Tunç özünün “X” hesabında paylaşım edib.

O bildirib ki, tərəflər “bir dövlət, iki millət” şüarına uyğun şəkildə ədliyyə başda olmaqla bütün sahələrdə əməkdaşlığın inkişafını müzakirə ediblər.

Gununsesi.info