İsmayıllıda maşın aşıb, ölən var

  • By Admin08
  • 23 Sentyabr 2025 18:53

İsmayıllı rayonunun Kürdeldarbəyli kəndi ərazisində yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, sentyabrın 23-də saat 15 radələrində Gideyli kəndi istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 35 yaşlı sürücü Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Gununsesi.info