Almaniyada kişi öz pəncərəsindən yoldan keçənlərə atəş açıb

  • By Günel
  • 20 İyul 2025 15:11

Almaniyanın Ştutqart şəhərində polis öz pəncərəsindən yoldan keçənlərə atəş açan və hadisə yerinə polis əməkdaşlarını silahla hədələyən 44 yaşlı kişini güllələyib.

Gununsesi.info bu barədə “Tagesspiegel” qəzetinə istinadla xəbər verir.

Bildirilir ki, polis əməkdaşları atəş açan şəxsin mənzilinə daxil olub, lakin o, zabitləri silahla hədələməyə başlayıb. Polislər atəş açmağa məcbur olublar və kişi aldığı yaralardan yerindəcə keçinib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Gununsesi.info