Goranboyda yol qəzası oldu - Xəsarət alan var

  • By Günel
  • 20 İyul 2025 12:23

Goranboy rayonunda 14 yaşlı yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İki “VAZ” markalı avtomobilin toqquşması nəticəsindən 2011-ci il təvəllüdlü Nurlan Əliyev müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info