Goranboyda ata maşını aşırdı - Oğlu xəsarət aldı

  • By Günel
  • 20 İyul 2025 15:32

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi ərazisində qeydə alınıb.

Əslən Kəlbəcər rayonundan olan 1964-cü il təvəllüdlü Əşrəf Verdiyev idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə maşında sərnişin qismində olan oğlu 1995-ci il təvəllüdlü Sulduz Verdiyev müxtəlif bədən xəsarətləri alıb. Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info