Dünyanın ən hündür körpüsü Çində açılır -Foto

Sentyabrın 28-də Çinin cənub-qərbindəki Guizhou əyalətində Huajiang dərəsi üzərində dünyanın ən hündür körpüsü nəqliyyat üçün istifadəyə veriləcək.

Gununsesi.info  xəbər verir ki, bu barədə CGTN məlumat yayıb.

Körpü suyun səthindən 625 metr hündürlükdədir, uzunluğu 2 890 metr, əsas açıqlığı isə 1 420 metrdir.

Avqust ayında körpü son sınaqlardan uğurla keçib; ümumi çəkisi 3 360 ton olan 96 yük maşını yerləşdirilib və quruluşu izləmək üçün 400 sensor quraşdırılıb.

Guizhou “körpü muzeyi” kimi tanınır, əyalətin 93%-i dağlıqdır və burada 30 000-dən çox körpü mövcuddur. Ən məşhur körpü Balinq çayı üzərindən keçir, uzunluğu 2 237 metr, hündürlüyü isə 370 metrdir.

Eyni zamanda, İtaliyada Siciliyanı materiklə birləşdirəcək 3,6 km uzunluğunda ən uzun asma körpünün açılışı müzakirə olunur. Hazırda Messina boğazından keçmək yalnız bərə ilə mümkündür.

 

Şəbnəm

Gununsesi.info